Türkiyədə işsizlik nisbəti Aprel ayında yüzdə 12,8, gənc əhali arasındakı işsizlik nisbəti bir əvvəlki ilin eyni dövrünə görə 1,2 bal artaraq 24,4% olub.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Türkiyədə 15 yaşdan yuxarı və işsiz olan uşaqların sayı, keçən ilin eyni dövrünə görə 427 min adam azalaraq 3 milyon 775 min adam olub. İşsizlik nisbəti 0,2 bal azalma ilə 12.8% olaraq reallaşıb. Qeyri-kənd təsərrüfatında işsizlik nisbəti 0,1 bənd azalaraq 14,9% olub.
Məşğulluq nisbəti 41,1% olub.İşəgötürənlərin sayı 2020-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 585 min nəfər azalaraq 25 milyon 614 min nəfərə çatıb .məşğulluq səviyyəsi 4.9 bənd azalaraq 41.1% olub
Bu dövrdə işlə təmin olunanların sayı kənd təsərrüfatında 491 min, sənaye sektorunda 209 min, tikinti sektorunda 361 min, xidmət sektorunda isə 1 milyon 524 min nəfər azalıb. İşlə təmin olunanların 17,5 faizi kənd təsərrüfatında, 20,9 faizi sənayedə, 4,9 faizi inşaatda və 56,7 faizi xidmət sektorunda çalışıb.
Müəllif:Aynur Qəniyeva