Ukraynanın ümumdaxili məhsulu 2020-ci ilin yanvar-may aylarında 5,9% azalıb.
Bu məlumatı Ukrayna İqtisadiyyat Nazirliyi yayıb. Nazirlik iqtisadiyyatın azalmasının koronavirusla bağlı olduğunu bildirib.
Nazirlik bununla belə koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan götürülməsi sayəsində iqtisadiyyatın azalma templərinin zəiflədiyini vurğulayıb.
(c)Axar