DÜNYA

09 İyul

İki ölkə Avro bölgəsinə daxil olur

Xorvatiya və Bolqarıstan Avro bölgəsinə daxil olacaq.Avropa İttifaqı bu istiqamətdə addım atmağa hazırlaşır.
Avrozona  rəsmiləri ittifaqa 2007-ci ildə qatılan Bolqarıstanla 2013-cü ildə qatılan Xorvatiyanı avro valyutasına keçidin ilk mərhələsi olan Avropa Valyuta Mexanizminə (ERM-2) daxil etməyə hazırdır.

Bu həmlə hazırda 19 üzvü olan Avro bölgəsində 2015-ci ildə Litvanın qatılmasından sonra ilk genişlənmə olacaq.

Yekun qərarın verildiyi təqdirdə, hər 2 ölkə 3 il sonra Avro bölgəsinə keçəcək.