Çinin istehsalçı qiymət indeksi azalıb ancaq istehlakçı qiymətləri indeksi iyun ayında yüksəlib.
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, iqtisadi bərpa davam edərkən, Çində istehsalçı qiymət indeksi iyun ayında azalıb, istehlakçı qiymətləri indeksi yüksəlib
İstehsalçı qiymət indeksi iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb. May ayında indeks 3.7 % azalıb.
Cümə axşamı Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi, gözlənilənlərə uyğun olaraq illik 2,5 faiz artaraq keçən ay 2.4 faiz artımdan bir qədər yuxarı qalxıb. Donuz əti qiymətində artım 82 faizə çatıb.
Milli Statistika Bürosu, məlumatlarla birlikdə 'beynəlxalq mal qiymətləri artıb və yerli istehsal bərpa olunur və tələb yaxşılaşmaqda davam edir' dedi.
Əzaq və enerji qiymətləri ilə tənzimlənən əsas inflyasiya 0,9 faizədək azalıb
Müəllif:Aynur Qəniyeva