Tesla-nın CEO-su Elon Musk yüksək templə öz şirkətinin bazar dəyərini yüksəltməyə davam edir. İlin ikinci rübünü yaxşı nəticələrlə yekunlaşdırandan sonra Musk qeyd edib ki, Asiya regionunda daha bir Gigafactory zavodunun inşası planlaşdırılır. Lakin yeni zavod Çində inşa edilməyəcək. Yeni zavod üçün lazımi resurslara Tesla şirkəti yalnız il yarımdan sonra sahib olacaq. Belə ki, şirkət hal hazırda eyni anda 3 zavodun inşası ilə məşğuldur. Bu barədə Electrek saytı xəbər verib.
Twitter-də istifadəçilər Musk-dan soruşublar ki, Tesla şirkəti Asiya regionunda Çindən kənarda yeni zavod inşasını planlaşdırır yoxsa yox? “Təbii ki planlaşdırır. Lakin biz, Şimali Amerikanın şərq hissəsinə xidməti mümkün etmək üçün birinci Berlindəki Gigafactory-ni bitirməliyik” - deyə Musk cavab verib. Musk yeni Gigafactory barəsində məlumat verməsə də istifadəçilər güman edirlər ki, Tesla-nın yeni zavodu ya Cənubi Koreyada ya da Yaponiyada yerləşəcək. Hər iki ölkə avtomobil istehsalı sahəsində lider hesab olunur və hər iki ölkə alternativ enerji mənbələrinə yüksək qiymət verir.