DÜNYA

08 İyul

ABŞ-dan Çinə daha bir ZƏRBƏ: rəsmi şəxslərə bu tələb qoyuldu

Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd olunub ki, viza məhdudiyyətləri Çin hökuməti və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı tətbiq edilib.

ABŞ hökuməti hesab edir ki, Çinin vəzifəli şəxsləri Tibetin regionlarına xarici vətəndaşların getməsinin qarşısını almaq üçün mütəmadi olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər.