DÜNYA

07 İyul

ABŞ Tiflisə ayırdığı yardımı dayandırır – SƏBƏB

ABŞ 2021-ci ildə Gürcüstana ayırdığı yardımın 15%-ni dondura bilər.

ABŞ Nümayəndələr Palatasının Maliyyələşdirmə Komitəsinin hazırladığı qanun layihəsində bu barədə geniş məlumat verilir

Sənətdə Gürcüstanın 2021-ci ildə 132 milyon dollar yardım alacağı vurğulanıb. Bu məbləğin 15%-nin dondurulması istənilib. Komitə tələb edib ki, məbləğ Gürcüstana ABŞ Dövlət katibinin Tiflisin demokratik institutları, korrupsiya ilə mübarizəni gücləndirmək kimi addımları atmasıyla bağlı dəqiq hesabat təqdim etməsindən sonra təhvil verilməlidir.