DÜNYA

04 İyul

“Sony” şirkətinin adı dəyişdirilib

Yaponiyanın “Sony” şirkətinin səhmdarlarının illik iclasında kompaniyanın adının “Sony Group” ilə əvəzlənməsi təklifi təsdiqlənib. Qərar “Sony Group”u daha geniş təqdim etmək üçün qəbul olunub. Qeyd edək ki, “Sony” şirkəti 1946-cı ildə yaradılıb. Şirkət əvvəlcə “Tokyo Telecommunications Industry Co., Ltd” adlanıb, lakin 1958-ci ildən “Sony” adını daşımağa başlayıb. Yeri gəlmişkən, yeni ad dəyişikliyi 2021-ci ilin aprelində qüvvəyə minəcək. Xəbəri “İxbt.com” verib