Yapon Pensiya Pensiya Fondunda karonavirusa görə rekord məbləğdə itki yaranıb.
Fins.az"Bloomberg"-ə istinafən xəbər verir ki,dünyanın ən böyük pensiya fondu, koronavirus pandemiyası qlobal bazarlarda kəskin satış dalğası gətirdiyindən, 2020-ci ilin ilk rübündə rekord itki verib. Yaponiyanın Dövlət Pensiya Fondu, Mart ayının sonunda 11 faiz və ya 17,7 trilyon yen (164,7 milyard dollar) itirib. Dəyərin düşməsi, 2008-ci ilin aprel ayından etibarən verilən məlumatları nəzərə alaraq ən böyük itkini ifadə edir. Bu itkidən sonra fondun cəmi aktivləri 150,63 trilyon yenədək azalıb. Fonda ən yaxşı gəlir gətirən investisiya xarici səhmlər, ardınca yerli səhmlər olub.
Müəllif:Aynur Qəniyeva