DÜNYA

01 İyul

Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.

Fins.az xəbər verir ki, bu barədə stansiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.

Beləliklə stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə - 2020-ci il sentyabrın 3-dək işləməyəcək.