DÜNYA

30 İyun

Yaponiya 6G-nin hazırlanmasına 652 milyon dollar ayıracaq

Yaponiya hökuməti altıncı nəsil (6G) mobil rabitə sisteminin hazırlanmasına 70 milyard yen (təqribən 652,4 milyon dollar) vəsait ayırmaq niyyətindədir.

Fins.az xəbər verir ki, yeni sistemin 2030-cu ildə tətbiqi planlaşdırılır.

Hazırda Yaponiyada 5G yeni nəsil rabitə sisteminə keçid dövrü başlanıb. Bu məsələdə ölkənin ABŞ və Koreya Respublikasından geri qaldığı bildirilir. Yaponiya hökuməti müvafiq qurğuların hazırlanmasında Çindən geri qalacağından da ehtiyat edir.