DÜNYA

29 İyun

Misir hökuməti pandemiyanın istehlak bazarına təsirini açıqlayıb

Misir hökuməti COVID-19 pandemiyasının ölkədə istehlak bazarına təsir ilə bağlı rəqəmləri açıqlayıb.

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin hesabatında vətəndaşların tibbi ləvazimatlara xərclərinin 80 faiz artdığı, zəruri ərzaq məhsullarına isə xeyli azaldığı bildirilir.

Statistik məlumatda qeyd olunub ki, pandemiya dövründə əhalinin gəlirlərinin xeyli azalması və qiymətlərin artması ət məhsullarının istehlakını xeyli azaldıb. Belə ki, əhali tərəfindən qırımızı ət istehlakı 25 faizdən çox, toyuq əti 23 faiz, balıq məhsulları isə 18 faiz aşağı düşüb. Düyü, çörək və paxlalı bitkilərin qiymətində və satış həcmində dəyişiklik olmayıb. Karantin rejiminin tətbiqi nəticəsində xidmətlərin həcmində də 30-35 faizədək azalma müşahidə olunub. Əhalinin nəqliyyat, təhsil və geyim xərcləri də xeyli azalıb. Əyləncə məkanları, muzeylər, otel xidməti və mədəniyyət obyektlərinin gəlirləri isə sıfır səviyyəsindədir.

Bütün bu azalmaların fonunda ölkə vətəndaşlarının təmizləyici və dezinfeksiyaedici məhsullara tələbatı 67 faiz, əlcəklər və qoruyucu maskaların satışı 47 faiz artıb.

© Azərtac