Mayda qlobal neft təklifi aprel ayı ilə müqayisədə orta hesabla 11 milyon 800 min barrel azalaraq gündəlik 88 milyon 810 min barrel təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü isə 4 milyon 660 min barrel azalaraq sutkada 59 milyon 700 min barrel olub.