Cari ildə qlobal neft tələbatının sutkada 8 milyon 100 min barrel azalacağı nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA bu həcmi tarixi azalma kimi izah edib, bunun yeni növ koronavirusun yayılması ilə əlaqədar olduğunu bildirib.
Agentliyə görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 400 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 30 milyon 800 min barrellə Amerika qitəsi və 14 milyon 500 min barrel ilə Avropa qərarlaşacaq.