DÜNYA

16 İyun

Aviasiyada yeni bir dövr

Türkiyə, karonavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə görə martın 28-dən etibarən uçuşları dayandırılan İstanbul Sabiha Gokcen Beynəlxalq Hava Limanında (İSG) normallaşma dövrü üçün hazırlıq gedib. Fins.az xəbər verir ki, bu barədə İstanbul Sabiha Gökcen Beynəlxalq Hava limanının icraçı direktoru Ersel Görel məlumat verib.

Pandemiya dövründə təxliyə və karqo uçuşlardan başqa heç bir uçuşun gerçəkləşmədiyini bildirən Göral, terminal binasında həyata keçirilən tədbirlərlə bağlı "Təhlükəsizlik yoxlanışından əvvəl, sərnişin cərgələrini daha yaxşı idarə etməklə insanlar arasında sosial məsafənin olmasını təmin edirik. Bunun üçün daim sensor kameraları olan ərazilərdəki sərnişinlərin sayını yoxlayırıq. İctimai həyatda olduğu kimi, pandemiyadan sonra da aviasiya sənayesində bizi bir çox yenilik gözləyir. "-deyə açıqlama verib.

Açılışa qədər obyektin havalandırma, təmizlik və gigiyena nəzarəti, dezinfeksiya və dezinfeksiya proseslərini başa vurduqlarını bildirən Göral, "Yeni normal dövrdə sərnişinlərimizdən gözləmə zalında, oturma qruplarında, yoxlama prosedurları, yemək və içki yerlərində sosial məsafə qaydalarına əməl etmələrini istədiklərini deyib.

Sərnişinlərin və işçilərin istifadəsində olan bütün məkanlarda əl dezinfeksiyaedici vasitələri yerləşdirmişik.Bundan əlavə, terminalda gələn sərnişinlərin və ya işçilərin giriş qapılarında hərarət ölçən cihaz vasitəsiylə qızıdırmaları ölçülür. Lift və sərnişin oturma sahələri kimi ərazilərdə insanların sayının məhdudlaşdırılması ilə bütün dezinfeksiya prosesləri daim təmin olunur. ” Bu müddətdə Sabiha Gökçenin ikinci uçuş-enmə zolağının inşa sürətləndirilib və noyabr ayında açılacaq. Ersel Göral, “2. Uçuş-enmə zolağı sayəsində hava limanının imkanları 60 faiz artacaq. Qapalı tikinti sahəsi 300 min kvadrat metr olan və 400 milyon avro sərmayə qoyulacaq ikinci terminalımızın inşası, yəqin ki, 2021-ci ilin iyununda başlayacaq. İkinci terminalı 2022-ci ilin sonunda istifadəyə verəcəyimiz təqdirdə Sabiha Gökçen Hava limanı 60 faiz artımla ildə 65 milyon sərnişin tutumuna çatacaq"-deyə qeyd edib.

Müəllif: Rəvanə Sərdarova