Trump administrasiyası iqtisadiyyatı dəstəkləmək üçün təxminən 1 trilyon dollarlıq infrastruktur yaratmağa hazırlaşır
Fins.az xəbər verir ki, bu barədə "Bloomberg"bu barədə məlumat yayımlayıb
Məlumata görə, Trump administrasiyası, müvafiq məlumatları olan mənbələrə görə, dünyanın ən böyük iqtisadiyyatını yenidən qurmaq üçün təxminən 1 trilyon dollar dəyərində infrastruktur yaratmağa hesablanmış təklifi hazırlayır.
Mənbələr Nəqliyyat Nazirliyinin hazırladığı planın ilk variantında pulun böyük hissəsinin yollar və körpülər kimi ənənəvi infrastruktur işlərinə sərf olunduğunu, eyni zamanda 5G simsiz internet imkanları üçün kəndlərə genişzolaqlı xəttlərin çəkilməsibnə də vəsaitin ayrıldığını qeyd etdilər.
ABŞ prezidenti Donald Trump cümə axşamı günü Ağ Evdə kəndlərə genişzolaqlı internetin çəkilməsini müzakirəyə çıxaracaq.
ABŞ-dakı mövcud infrastruktur maliyyələşdirmə qanunu sentyabrın 30-dək yenilənəcək və mənbələr qeyd edir ki, rəhbərlik bunu daha böyük paket hazırlamaq üçün mümkün vasitə kimi qiymətləndirir.
Müəllif:Aynur Qəniyeva