DÜNYA

13 İyun

Dünyada ən bahalı şirkətlər

“Ferra.ru”nun yaydığı məlumata görə, “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib.

Bildirilir ki, belə ki, adıçəkilən bu şirkətlər hərracların nəticəsinə görə ön sıralarda yer alıblar. Mənbənin verdiyi xəbərdə qeyd edilir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötərək rekord göstərici təşkil edib.

Qeyd edilir ki, şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib. Həmçinin bildirilir ki, texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər