Böyük Britaniya Avropa İttifaqı (Aİ) mallarına dair tam həcmdəki gömrük yoxlamalarını 1 yanvar 2021-ci il tarixindən tətbiq etməyəcək. Britaniya hökumətinin saytına istinadən xəbər verir ki, bu məsələ mərhələli şəkildə, gələn ilin 1 iyul tarixinədək qüvvəyə minəcək. Halbuki ilkin olaraq bütün Aİ mallarına dair yoxlamalar keçid dövrü bu ilin 31 dekabr tarixində başa çatan vaxtdan tətbiq edilməli idi. Bu gün açıqlanan qərar yeni koronavirus pandemiyası ilə əlaqədardır ki, Böyük Britaniyada ÜDM-nin yalnız aprel ayı ərzində 20 faiz azalmasına gətirib çıxarıb.