Zoom Video Communications epidemiyada, həm istifadəçi sayını artırdı, həm də şirkətin gəlirləri 169% artaraq 328,2 milyon dollara çatdı.
Fins.az xəbər verir ki, şirkət tərəfindən paylaşılan informasiyaya görə, Zoom 265 400 nəfər müştəri ilə, ötən ilin eyni rübü ilə müqayisədə 354% artım əldə edib.
Ötən 12 aylıq dövrdə isə sadəcə 769 müştəridən əldə edilən gəlir 100 000 dolları keçərək, 90% artım nümayiş etdirmişdi.
Bir başqa informasiya isə platformadan istifadə vaxtı ilə bağlıdır. Zoom-un Aprel 2020 istifadə nisbətləri əsas götürüldükdə ümumilikdə keçirilən iclasların müddəti 2 trilyon dəqiqəni keçib, 2020-ci ildə gündəlik 300 milyon iclas iştirakçısı əldə edilib.
Zoom-un təsisçisi və CEO-su Erik Yuan birinci rüb gəlirləri ilə bağlı deyib ki, “Zoom platformasının bu ilin birinci rübündə dünyanın dörd bir yanındakı sürətli istifadə müddətləri bizi çox xoşbəxt etdi”.
Zoom-un kapitalizasiyası ilə bağlı daha əvvəlki xəbəri buradan oxuya bilərsiniz.
©Facemark