Araşdırma şirkəti Forrester reklam sənayesində ixtisarların olacağı ilə bağlı mənfi proqnoz verib.
Fins.az xəbər verir ki, şirkətin proqnozuna görə, yaxın iki ildə ABŞ-da agentlikdə çalışan 52 000 insan işini itirəcək.
35 000-dən çoxu 2020-ci ildə, 2021-ci ildə isə ixtisar 16,5 mindən çoxuna şamil ediləcək. Bütün bunlar isə mediaya investisiyanın 23% azalması fonunda olacaq. Bu haqda isə AdExchanger nəşri Forrester-in analitiki Cey Pettisola istinadən deyib.
Qlobal səviyyədə isə vəziyyət heç də yaxşı görünmür. Şirkətin proqnozlarına görə, 2021-ci ildə altı ən böyük reklam holdinqində əlavə 49,7 min iş yeri azaldılacaq. Pettisol deyir ki, ixtisarlar qaçılmazdır, o artıq başlayıb. Demək olar ki, bazar oyunçularının hamısı işdən ayrılmağa, ödənilməyən məzuniyyətə və əmək haqqı ixtisarlarına gedir. Məsələn, daha əvvəlcədən məlum idi ki, Edelman PR agentliyi gəlirlərinin azalması fonunda bütün dünyada işçilərinin 7%-ni ixtisar edəcək. Analoji ölçüləri Omnicom, IPG, Dentsu, Publicis Groupe, MDC Partners agentlikləri də həyata keçirib.
Klassik reklam agentlikləri sənayedəki ixtisarların yarısını təşkil edir. Bu halda onlar orta hesabla 15% ştat işçi çıxarırlar, halbuki dijital və mediaagentliklər üzrə isə — 7%-dir. Dijital istiqamətə isə müştərilərin tələbindən dolayı ixtisar dalğası daha az təsir göstərib. Pettisol hesab edir ki, əməkdaşları işə cəlb edən zaman onların bir neçə istiqamətdəki bacarıqlarına baxmaq lazımdır, çünki indiki bazar şəraitində dar ixtisaslaşma çətinlik yarada bilər.
Bazarda sağ qalmaq üçün ənənəvi agentliklər yenə də texnologiya və avtomatlaşdırma baxımından dijital və media agentliklər ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar.
© Facemark