Facebook-un Ar-Ge komandası New Product Experimentation (NPE), Twitter ilə oxşarlıqları olan Venue adında yeni bir əlavə hazırlayıb.
Məlumdur ki, koronavirusdan dolayı, sosial media istifadəçilərinin internetdən istifadə və baxış saylarının artması ilə platformalar da ard-arda yeni əlavələr hazırlayır və yeniliklər ilə prosesə adaptasiyasını davam etdirir. Facebook-un Ar-Ge gücü New Product Experimentation (NPE) komandasının istifadəçilərin telefon zəngləri və ya 8 nəfərə qədər konfrans zəngləri üçün CatchUp adlı bir əlavə hazırladığını sizinlə bölüşmüşdük.
Fins.az xəbər verir ki, son dövrlər yeni əlavələri ilə diqqət çəkən Facebook indi də Venue ilə Twitter-ə rəqib olmağa hazırlaşır.
İstifadəçilərin düşüncələrini paylaşacaqları Venue, Twitter-dən fərqli olaraq, şərh yazma səlahiyyəti yalnız tanınmış şəxslərə tanıyır. Venue əlavəsində canlı yayımlara, jurnalistlər, mövcud və ya köhnə idmançılar, fan analitiklər kimi tanınmış şəxslər şərh yaza biləcək.
Əlavə olaraq, bəzi sosial media fenomenləri də yayımlar əsnasında istifadəçilər ilə qarşılıqlı əlaqəyə girə biləcəklər.
Əlavə ilk olaraq NASCAR adı verilən yarışlar ilə qarşımıza çıxacaq. Mütəxəssislər ilə istifadəçilərin daha çox əlaqədə olmasını hədəfləyir. Əlavə istifadəçilərə canlı yayımlarda anket yaratmaq, sual vermək kimi imkanlar verəcək, onların yaymlara daha çox daxil olmasına kömək edəcək.
“Canlı yayım izləyicilər digər izləyici və mütəxəssislər ilə qarşılıqlı əlaqədə olmaq istəyir. Bu səbəbdən dolayı yeni nəsil canlı yayım əlavəmizi hazırladıq”, - Facebook-dan belə bir açıqlama ediblər.
©Facemark.az