DÜNYA

02 İyun

Rusiya mayda neft hasilatını 16% azaldıb

Bu ilin yanvar-may Rusiyada neft və qaz-kondensat hasilatı illik ifadədə 2,6% azalaraq 226 mln. ton təşkil edib.

Bu barədə Fins.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, may ayında ölkədə hasilat 39,7 mln. ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6% azdır.

Qeyd edək ki, "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Rusiya və Azərbaycan da qoşulub.

©Apa