DÜNYA

02 İyun

Instagram-dan karantində canlı yayımlara baxanların sayı ilə bağlı açıqlama

Daha öncəki xəbərlərimizdə bildirdik ki, Instagram 2 yeni funksiyanın işə salınması üzərində işləyir. Bunların birincisi bloggerlərin videolarına reklam yerləşdirilməsi, ikincisi isə bloggerlərin izləyicilərinin rozet əldə etməsi ilə bağlı idi.

Bu funksiyalar ilə bağlı isə mütəxəssislərin qiymətləndirməsi isə belədir:

“Rusiyada, Instaqramın mövcud funksionallığının bir hissəsi işləmir. Rusiyalı bloggerlərin bu xəbərlərdən yararlanıb-istifadə edəcəyi hələ bilinmir”, - deyə influencer marketinq agentliyi HypeFactory-nin əməliyyat direktoru Reqina Tsvyrova deyir.

“Buna baxmayaraq, əvvəllər blogger yazılarında video reklam yerləşdirdiyimiz müştərilərdən yeni bir formatın sınaqdan keçirilməsi ilə bağlı sorğularımız var idi. Brendlər auditoriya ilə əlaqə qurmağın yeni yolları ilə maraqlanır, buna görə reklam inteqrasiyası və məhsul yerləşdirmələrini gözləyirik.

HypeFactory-nin fırıldaqçılığı aşkarlama texnologiyasına ( Fraud Detection) görə, bu gün Instagram hesablarının yalnız 55% -i real insanlardır. Doğru auditoriyanı seçmək və reklam kampaniyasının səmərəliliyini qiymətləndirmək üçün neyron şəbəkələrə əsaslanan texnologiyaya müraciət edirik.

Hazırda bloggerlərin gəlirləri (bura səyahət üzrə bloggerlər də daxildir) böhrandan dolayı enib. Sözsüz ki, onlar gəlirlərini bərpa etməyə çalışan ilk kateqoriya insanlar olacaq. Bilirsiniz ki, çox sayda izləyicisi olan bloggerlər markalar ilə əməkdaşlıq çərçivəsində onların məhsulları haqqında məlumat yerləşdirir və onlardan pul əldə edirlər. Bəzi bloggerlər pandemiya və karantin səbəbindən bu cür işlərini itiriblər. Beləliklə, xüsusən səyahət bloggerləri markaların dəstəyinə arxalana bilməzlər”, - deyə Reqina deyib.

Bu addım təkcə influencerləri dəstəkləmək üçün deyil, Facebook Inc.-in Instagram üzərindən yeni qazanc yolları axtarmaq istəyindən irəli gəlir.

İnsanlar hər zaman evdə olduqları üçün Instaqramda əvvəlkindən daha çox vaxt keçirirlər. Şirkət öz bloqunda qeyd edib ki, fevral-martda canlı yayımlara baxılanların sayı 70% artıb. Buna baxmayaraq, ulduz bloggerlərin bu məcrada maraqlı videolar yaratmağa daha az həvəsləri var idi, çünki YouTube pul qazanmaq üçün daha çox imkanlar yaradırdı. Instagram isə bu addımı ilə başqa bir gəlir mənbəyi yaratmaqla, bloggerləri dəstəkləmək üçün yeni yol təqdim edir. Yeni funksiyalar ilə Instagram ümumi Facebook satışlarına daha da əhəmiyyətli töhfələr verə bilər. Mütəxəssislərin fikrincə, 2019-cu ildə Instagram reklamları Facebook-ın gəlirinin dörddə bir hissəsini təşkil edir ki, bu da təxminən 20 milyard dollardır.

Xatırladaq ki, demək olar ki, 10 il əvvəl qurulan Instagram-ın, məşhur istifadəçiləri üçün birbaşa gəlir mənbəyi olan bir platforma olub-olmaması mövzusunda uzun müddətdir ki, mübahisələr səngimir.