“Sony” ABŞ-dakı kütləvi etiraz aksiyalarına görə “PlayStation 5”in təqdimat tədbirini ertələyib.
Fins.az xəbər verir ki, bu barədə “PlayStation”ın rəsmi “Twitter” səhifəsində yazılıb.
Bildirilib ki, yeni modelin təqdimatının iyunun 4-də keçirilməsi planlaşdırılsa da, tədbir qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, bir neçə ay öncə “PlayStation 5”in dizaynı internetə sızdırılmışdı.