DÜNYA

20 May

Tramp və Makron G7 sammitini müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla yaxın vaxtlarda "Yeddilər" sammitinin (Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, AFR və Yaponiya) çağırışını müzakirə edib.

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dirin bəyanatında deyilir.

"Prezidentlər dünyadakı başqa iqtisadiyyatlar kimi ABŞ və Fransanın açılışındakı (pandemiyaya görə tətbiq edilmiş sanitar məhdudiyyətlərin aradan götürülməsi-red) irəliləyişi müzakirə etdilər. ABŞ prezidenti tezliklə G7 sammitini çağırmaq arzusunu ifadə etdi", - mətndə qeyd edilir.

Tramp daha əvvəl bildirib ki, Kemp-Deviddə əyani formatda G7 sammitini keçirmək imkanını araşdırır.