DÜNYA

20 May

Ukraynada karantin rejimi iyunun 22-dək uzadılıb

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi iyunun 22-dək uzadılıb.

Bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Eyni zamanda, mayın 22-dən başlayaraq məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayacaq.

Belə ki, həmin tarixdən şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyatın işi bərpa olunacaq. Bundan başqa, ərazisindəki restoran və hovuzlar istsna olmaqla digər hotellər işə başlayacaq. İyunun 22-dən etibarən tamaşaçılar olmadan idman tədbirlərinin keçirilməsinə də icazə verilib.

Ölkə ərazisində hava limanlarının isə iyunun 15-dək işləməyəcəyi bildirilib.