DÜNYA

20 May

Alibaba şirkəti tərəfindən süni intellekt sisteminə 1,4 milyard dollar yatırım ediləcək

Alibaba Group Holding süni intellektə və əşyaların internetinə təxminən 1,41 milyard dollar investisiya edəcək.

Şirkətin əsas məqsəd smart səsucaldıcı məhsulu olan Tmall Genie-ni inkişaf etdirməkdir.

İlk Tmall Genie modeli 2017-ci ildə buraxılıb. Cihaz səs interfeysi vasitəsilə istifadəçilərlə qarşılıqlı əlaqə qura bilər. Səs yazılarını ifa etməyə, hava proqnozlarını bildirməyə və digər oxşar funksiyaları yerinə yetirməyə qadirdir.

Bu illər ərzində şirkət bir neçə model, o cümlədən displeyləri olan cihazları buraxıb. Ötən həftə elan edilən son model 10 düymlük ekrana sahibdir və qiyməti 80 dollardan aşağıdır. Alibaba, Çinin “ağıllı” dinamik bazarında Xiaomi və Baidu ilə rəqabət aparır.

Canalys analitiklərinin fikrincə, keçən il Alibaba 16,8 milyon “ağıllı” dinamik, Baidu 17,3 milyon satışa çıxarıb.