DÜNYA

19 May

Zukerberq: “Çin nümunəsi” təhlükəlidir, imkan vermək olmaz”

“Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq dünya ölkələrinin rəhbərlərini internetin inkişafının “Çin nümunəsi”nə (hakimiyyət istifadəçilər üçün bütün məzmunu tənzimləyir) imkan verməməyə çağırıb.

Bu barədə “Politico” nəşri yazıb.

“Bu, həqiqətən təhlükəlidir. Mən narahatam ki, bu model digər ölkələrə də yayılacaq”, - deyə M.Zukerberq bildirib.

Onun sözlərinə görə, hakimiyyət üçün internetə total müdaxilədən ən yaxşı müdafiə demokratik ölkələrdə mövcud olan “dəqiq normativ baza”dır.

Xatırladaq ki, Çin hakimiyyəti 2003-cü ildən etibarən internet-məzmunun filtirasiyası üçün “Qızıl qalxan” adlı xüsusi sistemdən istifadə edir. İstənilən internet səhifəsi dövlət təhlükəsizliyi ilə bağlı açar sözlər üzrə filtrdən keçir.