DÜNYA

19 May

Tramp ÜST-ə ultimatum verdi: “Çindən asılı olmadğını göstər”

ABŞ prezidenti Donald Tramp, Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adan Gebreyesusa məktub göndərərək, beynəlxalq təşkilatın Vaşinqtonun 30 gün müddətində tələb etdiyi islahatlara zəmanət verməyəcəyi təqdirdə, ABŞ-ın nəhayət bu quruluşu maliyyələşdirməyi dayandıracağını və üzvlüyünə yenidən baxacağını bildirib.

Fins.az “Vesti.ru”ya istinadən xəbər verir ki, Ağ evin rəhbəri məktubun mətnini “Twitter”dəki səhifəsində yerləşdirib.

Qeyd edildiyi kimi, ABŞ administrasiyasından verilən məlumata görə, ÜST-nin yeni tip koronavirus pandemiyası ilə əlaqədar araşdırması Vaşinqtonun bir çox qorxusunu təsdiqləyib. Prezidentin fikrincə, ÜST Çin Xalq Respublikasından asılıdır.

Donald Tramp əlavə olaraq vurğulayır ki, təşkilat Çindən asılı olmadığını nümayiş etdirməlidir, eyni zamanda dərhal islahatların icrasına başlamalıdır. Onun sözlərinə görə, ÜST və onun rəhbərliyinin səhvləri dünyaya çox baha başa gəlib.

©Banker