DÜNYA

19 May

Türkiyədə yenidən dörd günlük komendant saatı tətbiq ediləcək

Türkiyədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Komendant saatı aprelin 23-dən 26-dək Ramazan bayramı müddətində qüvvədə olacaq: “Mayın 23, 24, 25, 26-da bütün 81 vilayətdə komendant saatı tətbiq ediləcək”.

R.T. Ərdoğan əlavə edib ki, mayın 29-dan etibarən ölkədə məscidlər qismən açılacaq.