Postsovet məkanında kompüter xidmətləri üzrə valyuta daxil olan ölkələrin siyahısında Rusiya Federasiyası lider olub.
Fins.az bu barədə Beynəlxalq Ticarət Mərkəzinin (ITC) 2019-cu il üzrə açıqlamasında göstərilir.
Rusiya 4 milyard 60,82 milyon dollar, Ukrayna 3 milyard 204 milyon dollarla, Belarus 1 milyard 585,6 milyon dollarla ilk üçlüyü tamamlayıblar. Sonrakı 3 pillə isə Baltikyanı ölkələr tamamlayıb.
Siyahıda Azərbaycan 6,74 milyon dollar gəlirlə Tacikistan, Qırğızıstan və təxmini rəqəmlə Türkmənistanı qabaqlaya bilib.
*ITC bəzi rəqəmləri Beynəlxalq Valyuta Fonduna istinad edir.
©Banker