DÜNYA

18 May

“5G” texnologiyasını dəstəkləyən smartfonların 5 ən böyük tədarükçüsü

5G smartfonların qlobal satışları 2020-ci ilin birinci rübündə 24,1 milyon ədədə çatıb, bu barədə “Strategy Analytics” tədqiqat şirkətinin hesabatında deyilir. 

Aşağıda 2020-ci ilin birinci rübündə bazar payına görə 5G smartfonların ən böyük 5 tədarükçüsü haqqında danışacağıq.

  1. Oppo

“Oppo” – Çin şirkətidir, premium seqmentə daxil olan elektronikanı istehsal edir. “Oppo” şirkəti dünyanın ən etibarlı markalarından biri hesab olunur. 2020-ci ilin birinci rübündə  onun bazar payı 5% təşkil edib. 

  1. Xiaomi

“Xiaomi” – 5G smartfonların tədarükü üzrə beş liderdən biri olan Çin şirkətidir. Onun bazar payı 10,4% təşkil edib. Ümumiyyətlə, Çin tədarükçüləri 2020-ci ilin birinci rübündə bazarın 61%-ni tutublar.

  1. Vivo

“Vivo” – Çin şirkətidir, dünyanın ən böyük smartfon istehsalçısıdır. Bu ilin ilk rübündə olan məlumata görə, onun bazar payı 12% təşkil etmişdir. Qeyd edək ki, “Vivo” Qərbdə demək olar ki, mövcud deyil. Lakin bu, onun dünyanın aparıcı istehsalçılarından birinə çevrilməsi üçün maneə deyil. 

  1. Huawei

“Huawei” dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir. Onun 5G smartfonların tədarükündə payı 33,2% təşkil edir. Ümumilikdə şirkət 8 milyon 5G cihazı istehsal edib. 

  1. Samsung

Reytinqin lideri 2020-ci ilin birinci rübündə 8,3 milyon smartfon satan Cənubi Koreyanın “Samsung” şirkəti olub. Onun bazar payı 34,4% təşkil edir.