Nyu-Yorkda yerləşən “DigitalOcean” şirkəti 1,5 milyard dollar qiymətləndirmə ilə 50 milyon dollar cəlb edib. Maliyyə raunduna “Access Industries” şirkəti rəhbərlik edib.
Fins.az bu barədə “Vc.ru”yaq istinadən xəbər verir.
“DigitalOcean” kiçik və orta biznesə “korporativ bulud hesablama nəhənglərinə sadə alternativ” təklif edir – tətbiqlərin tərtibatını asanlaşdırır, bulud xidmətindən istifadəni sadələşdirir.
Şirkət cəlb etdiyi vəsaiti “mənfəətin artım tempini” dəstəkləmək üçün istifadə etməyi planlaşdırır.
“İndi biz bütün diqqətimizi gəlir artımını sürətləndirmək, 2020-ci ildə müsbət sərbəst pul axınına keçmək və birjaya çıxmaq kimi məsələlər üzərində cəmləşdirməliyik”, – “DigitalOcean” nın baş direktoru Yansi Sprüill (Yancey Spruill) qeyd edir.
Noyabr ayında şirkət 320 milyon dollar həcmində borc almışdır, 2012-ci ildə isə cəmi 493 milyon dollar cəlb edib. Şirkətin “TaskRabbit”, “StablePoint” və “Snap” daxil olmaqla 500 mindən çox müştərisi var.
©Banker