DÜNYA

05 May

Apple, Apple Music-in veb-versiyasını yaratdı: Platformada 60 milyondan çox trek var

Apple kompaniyası musiqi striminq platforması Apple Music-in veb versiyasını yaradıb.

Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin press-relizində məlumat verilib.

İndi istifadəçilər birbaşa xidmətin veb-versiyasına abunə ola bilərlər. Mövcud abunəçilər hər-hansı cihazdan hesablarına giriş etmək imkanına sahibdir.

Veb-versiyada Apple Music-in bütün standart funksiyaları istifadəçilərə açıqdır. Kataloqdan mahnıların axtarılması və səsləndirilməsi, istifadəçilərin musiqi kitabxanasından mahnıları səsləndirmək, video kontent və s.

Apple kompaniyasının özünün məlumatına görə isə, bu gün Apple Music kataloqunda 60 milyondan çox trek var və dünyanın 167 ölkəsində mövcuddur.

Qonşu ölkə Rusiyada isə abunə üzrə dörd növ mövcuddur: İndividual (ayda 169 rubl), ailə (269 rubl ayda), bir ildə individual abunə (1690 rubl), tələbə üzrə (ayda 75 rubl).