DÜNYA

05 May

ABŞ-ın koronavirusun mənşəyi ilə bağlı iddialarına ÜST-dən cavab gəldi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində Fövqəladə Hallar üzrə Proqramının direktoru Maykl Rayan ABŞ-ın COVID-19-un laboratoriya mənşəli olması barədə iddialarına münasibət bildirib.

Bu barədə TASS məlumat yayıb.

M.Rayan bildirib ki, ÜST virusun laboratoriya mənşəli olması barədə informasiyaya malik deyil.

“Əgər ABŞ-da bu cür məlumat varsa, həmin informasiyanı nə vaxt və necə bölüşəcəklərinə özləri qərar verməlidir”, - deyə M.Rayan bildirib.

M.Rayan ÜST-ün hazırda topladığı məlumatlar əsasında çalışdığını və həmin informasiyaların koronavirusun təbii mənşəli olduğunu göstərdiyini qeyd edib.