ABŞ iqtisadiyyatının pərakəndə satış sektorunun aparıcı şirkətlərindən biri “J.Crew Group” koronavirus pandemiyası ilə əlaqədar müflis olduğunu elan edib.
“HaberGlobal” məlumat verir ki, təxminən 1,65 milyard dollar məbləğində borcun qaytarılması üçün şirkət rəhbərliyi kreditorlarla razılıq əldə etməyə çalışır.
"J.Crew Group”dan verilən məlumata əsasən, çətinliklərə rəğmən, şirkət fəaliyyətini davam etdirir, müştərilərin gündəlik tələbatını qarşılamağa çalışır.