DÜNYA

05 May

Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır

Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib. 

Dövlət başçısı bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: "Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək". 

©Report