Koronavirus pandemiyası ilə əlaqədar Dubayda keçiriləcək 2020 World Expo sərgisi 2021-ci il 1 oktyabr tarixinə qədər təxirə salınır.
Fins.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.
Açıqlama Küveyt polisləri koronavirus pandemiyası səbəbindən evlərinə qayıda bilməyən üsyançı misirliləri dağıtdıqdan bir neçə saat sonra verilib.
Qeyd edək ki, Dubay Expo 2020 sərgisinə milyardlarla dollar sərmayə qoymuşdur. Pandemiya səbəbindən BƏƏ bütün uçuşları dayandırdı və bu, ölkənin əmlak bazrı üçün güclü zərbə oldu. Bununla əlaqədar, səlahiyyətlilər sərgini gələn ilə qədər təxirə salmağa qərar verdilər.
Beləliklə, sərgi 2021-ci il 1 oktyabr tarixindən 2020-ci il 31 mart tarixinədək keçiriləcək.
“Emirates” aviaşirkətinin direktoru şeyx Ahmed bin Said Al Maktum bu qərarı dəstəkləyib.
©Banker