DÜNYA

29 Mart

Mer: Moskvada koronavirusla bağlı vəziyyət yeni mərhələyə keçib

“Moskvada koronavirusla bağlı vəziyyət yeni mərhələyə keçib. Fins.az-ın verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb.

"Moskvada artıq 1000-dən çox yoluxma halı qeydə alınıb. Heç kəs bundan sığortalanmayıb. Buna misal İtaliya və İspaniyanın bədbəxt şəhərləri, eləcə də Nyu-Yorku göstərmək olar, hamının gözü önündə hər gün onlarla, yüzlərlə insan ölür".-deyə S. Sobyanin bildirib. 

Moskva meri paytaxt sakinlərinə hökumətin evdə qalmaqla bağlı çağırışına əməl etdiklərinə görə təşəkkürünü də bildirib. 

S. Sobyanin xüsusi karantin rejiminin ilk günü olan 28 mart tarixində Moskva sakinlərinin sosial məsafə mexanizmimə riayət etdiklərini də açıqlayıb. Onun sözlərinə görə, adi şənbə günlərindən fərqli olaraq ötən şənbə Moskva metrosundan istifadə edən sərnişinlərin sayı üç dəfə, yerüstü nəqliyyatdan istifadə edənlərin sayı isə iki dəfə azalıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabineti yanında Koronavirusla bağlı Operativ Qərargahın son məlumatına əsasən, ölkə ərazisində COVİD-19 virusuna yoluxanların sayı 1534-ə çatıb. Onlardan 1014 nəfəri Moskvada qeydə alınıb. İndiyə kimi 8 nəfər bu virusdan ölüb. Rusiyanın bütün regionlarında xüsusi karantin rejimi tətbiq olunub.

@apa