DÜNYA

17 Mart

Səudiyyə Ərəbistanının neft şirkətinin mənfəəti 20 faiz azalıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun xalis mənfəəti 2019-cu ildə 2018-ci illə müqayisədə 20% azalaraq 88,2 milyard dollara geriləyib. Saudi Aramco 2018-də 111,1 milyard dollar xalis mənfəət əldə etmişdi.

Fins.az xəbər verir ki, dünyanın ən dəyərli şirkətinin mənfəətinin azalmasına xam neft qiymətlərinin ötən il düşməsi səbəb olub.  

Dünyada ən çox istifadə edilən Brent növü xam neftin orta barel qiyməti 2018-də 71,19 dollar ikən, 2019-da bu rəqəm 9,6% azalaraq 64,37 dollara geriləmişdir. 

Saudi Aramco keçən il gündəlik ortalama 13,2 milyon barel karbohidrogen istehsalı edib, şirkətin sərmayəsi 2019-da bir əvvəlki ilə nisbətən 6,5% azalaraq 32,8 milyard dollara enib. 2020-də 25 - 30 milyard dollar arasında investisiya nəzərdə tutulur.

Şirkətin cəmi xam neft ehtiyatları 2018-də 256,9 milyard barel ikən, bu miqdar keçən il 0,66% artımla 258,6 milyard barelə yüksəlib. 

Səhmlərinin ilkin kütləvi təklifi ötən il 5 Aralıq dekabrda Səudiyyə birjası Tadawul-da reallaşan Saudi Aramco, dünyanın bazar dəyəri ən yüksək şirkətidir. 12 dekabrda şirkətin bazar dəyəri 2 trilyon dolları aşaraq rekord qırmışdı.

Neft qiymətlərinin son 4 ilin ən aşağı səviyyəsinə geriləməsilə, Saudi Aramco-nun bazar dəyəri 1 həftədə 230 milyard dollar azalıb.

@Marja