DÜNYA

06 Mart

Linkedin-dən sonra indi də Twitter

Snapchat ilə birlikdə həyatımıza girən, 24 saatadək yox çıxan hekayələr formatını öz platformasına daşıyan markaların karvanına Twitter də əlavə edilir. Twitter, bütün dünyada istifadəyə verməyi planlaşdırdığı Fleets adlı hekayələr formatını Braziliyada test etməyə başlayıb.

Fins.az xəbər verir ki, bir öncəki gün edilən açıqlamada deyilib ki, Fleets keçici düşüncələrin paylaşılmasına hesablanmış bir funksiyadır.

Şəbəkədən deyiblər ki, insanların qısa müddətdən sonra “yox olacağını” bildikləri gündəlik düşüncələrini paylaşdığı yer onlara daha rahat hiss etdirir. Platforma əmindir ki, düşüncələrini tvit atmaqla rahat hiss etməyənlər üçün Fleets əla imkan olacaq.

Fleets-də retvit, geridönüş, bəyənmə kimi seçimlər olmayacaq. Amma Universal McCann CDO-su Joshua Lowcock-a görə bu qərar gələcəkdə dəyişə bilər.

Ekspertlər isə deyir ki, yeni funksiya şəbəkədə istifadəçilərin daha çox vaxt keçirməsinə səbəb olacaq.

©facemark.az