DÜNYA

04 Mart

LinkedIn-ə də “stories” funksiyası gəlir?

Professional insanları bir yerə yığan sosial media platforması LinkedIn-ə də “stories” (hekayələr) funksiyası gəlir.

Fins.az xəbər verir ki, professionallar üçün sosial bir platforma olan, 2003-cü ilin mayın 5-dən fəaliyyətə başlayan LinkedIn artıq bir axın halına dönən “stories” funksiyasını platformasına əlavə edir.

Facebook şirkətinin Instagram və digər platformaları da daxil olmaqla, aktiv bir şəkildə Snapchat-ın “stories” funksiyasından istifadə edir. LinkedIn-ə də adıçəkilən funksiyanı yaxın aylarda istifadəçilər arasında yavaş-yavaş paylaşacağını elan edib.

LinkedIn nümayəndəsi deyib ki, belə bir fikir ötən ilin əvvəlindən yaranmağa başlayıb. O, əlavə edib ki, bu funksiyanı ilk istifadə edən isə Snapchat olub: “Instagram və Facebook kimi digər platformalarda qısa müddətdən sonra bunları mənimsəyib”.

Təkcə o faktı qeyd edək ki, karyera və iş həyatında böyük faydaları olan platformanı 7,30 milyon türk istifadəçisi var.

LinkedIn belə bir populyar funksiya ilə istifadəçilərinin sayını daha da artırmağı və istifadəçi təcrübəsini inkişaf etdirməyi düşünür.