DÜNYA

04 Mart

Dünyada yarım milyondan çox “super varlı” var

2019-cu ildə dünyada 30 milyon dollardan çox aktivi olan insanların sayı yarım milyonu ötüb. Onlarınsa demək olar ki, yarısı ABŞ-ın payına düşür.

2019-cu ilin nəticələrinə görə, “super varlı” insanların sayı 513 244 nəfər təşkil edib. Bu barədə Knight Frank konsaltinq şirkəti məlumat verib. Rəqəm ötən ilki ilə müqayisədə 31 000 nəfər çox deməkdir. “Super varlı” dedikdə Knight Frank aktivləri 30 mln. dollardan çox olan insanları nəzərdə tutur.

Hesabat göstərir ki, daha çox Asiyada insanlar sürətlə varlanırlar. Belə ki, ölkələrin 20-liyində 6 yer məhz bu regiona aiddir. 2019-cu il ərzində bütövlükdə Asiyada  çox varlı insanların sayı 11 788 nəfər çoxalıb.

ABŞ isə lider ölkədir – burada 240 575 adamın 30 mln. dollardan artıq aktivi var. Şimali Amerikada “super varlı”ların sayı 3911 nəfər, Avropada isə 4682 nəfər artıb. Rusiya 8924 nəfər çox varlı insan sayı ilə Kanada və İsveçrə arasında  9-cu yeri tutur. O, bununla İsveçrəni və İsveçi ötür.

Knight Frank şirkətinin proqnozuna görə yaxın beş ildə dünyada hədsiz zəngin insanların sayı 27% artacaq və 2024-cü ildə təxminən 650 000 nəfər olacaq. Bu Asiya ölkələri lider olaraq qalacaqlar – Hindistan (+73%) , Vyetnam (+64%), Çin (+58%).

Sərvətlərinin sayı 30 mln. dollardan çox olan insanların üstünlük təşkil etdiyi ölkələr

ABŞ – 240 575

Çin – 61 587

Almaniya – 23 078

Fransa – 18 776

Yaponiya – 17 013

Böyük Britaniya – 14 367

İtaliya – 10 701

Kanada – 9325

Rusiya – 8924

İsveçrə – 8395

İspaniya – 6475