DÜNYA

17 Fevral

Qlobal bank neft qiyməti proqnozlarını 10 dollar aşağı saldı

Qlobal investisiya bankı "Goldman Sachs" Brent və WTI neft qiyməti proqnozlarını aşağı salıb.

Fins.az xəbər verir ki, Bank, Çində ortaya çıxan və bugünədək 1700-dən çox adamın ölümünə səbəb olan koronavirusun neft tələbinə mənfi təsiri ilə əlaqədar olaraq Brent nefti və WTI nefti üçün ilk rüb qiymət proqnozlarını 10 dollar aşağı salıb. 

Bank, neft tələbində gündəlik azalmanın 4 milyon barel ola biləcəyini düşünür.

Bank ilk rüb üçün Brent nefti qiyməti proqnozunu 10 dollar azaldaraq 53 dollara endirib. Sonrakı rüblər üçün qiymət proqnolzarı 57, 60 və 65 dollardır. 

WTI neft qiymət proqnozu ilk rüb üçün 48.50 dollara endirilib, sonrakı rüblər üçün təxminlər 52.50, 55.50 və 60.50 dollardır. 

Bankın hesabatında, Çində və qlobal neft tələbində əhəmiyyətli bir tələb azalması baş verdiyi və vəziyyətin qeyri-müəyyən olduğu qeyd edilib. OPEC + ölkələrinin neft istehsalını azaldıb azaltmayacağına dair də yüksək qeyri-müəyyənlik olduğu da vurğulanıb. 

©marja