DÜNYA

06 Fevral

WhatsApp-ın kompüter versiyasının istifadəçiləri təhlükə altındadır

“WhatsApp” ın kompüter versiyasının istifadəçiləri təhlükə altındadır. Qeyd edildiyi kimi, tətbiqdə çox ziddi bir boşluq aşkarlanıb.

Bu haqda “PerimeterX” şirkətinin tədqiqatçısı Qel Beytsman məlumat verib.

 

Məlum olub ki, bu boşluq “WhatsApp” ın həm Windows, həm də macOS üçün tərtib etdiyi tətbiqlərində mövcuddur. Fırıldaqçılar mesajlara JavaScript kodunu daxil etməklə istifadəçinin göndərdiyi mesajları dəyişdirə, kompüterdəki fayllara uzaqda giriş əldə edə və ya zərərli proqram quraşdıra bilərdilər.

Boşluğun yaranma səbəbi tərtibatçıların Chromium-un köhnəlmiş versiyasından istifadə etmələri olub.

Xatırladaq ki, daha əvvəl “VKontakte” və “Telegram” sosial şəbəkələrinin həmtəsisçisi olan Pavel Durov istifadəçiləri “WhatsApp” dan istifadə etməkdən imtina etməyə çağıraraq, onun “casusluğuna” şübhə etmədiyini bildirmişdir.