DÜNYA

05 Fevral

İnstagram reklam gəlirində Youtube-u keçdi

İnstagram, 2019-da əldə etdiyi təxminən 20 milyard dollarlıq reklam gəliri ilə Youtube-u geridə qoyub. Facebook, 2012-də fotoşəkil paylaşma proqramını 1 milyard dollara satın almışdı. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, fotoşəkil və video paylaşma tətbiqi İnstagram-ın 2019-dakı reklam gəliri təxminən 20 milyard dollar olub (bu rəqəmi Bloomberg tərəfindən əldə edib). Facebook-un 2019-da cəmi 70.7 milyard dollarlıq gəlirinin təxminən 30%-i İnstagram-dan gəlib.

2012-ci ildə 715 milyon dolları nağd olmaqla cəmi 1 milyard dollara Facebook tərəfindən satın alınmış tətbiq,  2019-da 15.1 milyard dollar reklam gəliri əldə etmiş Youtube-u keçib. Youtube-ın reklam gəliri həftənin əvvəlində Google-ın ana şirkəti Alphabet tərəfindən açıqlanmışdı.

Dünyanın ən böyük sosial media şirkəti Facebook, sahib olduğu İnstagram-ın gəlirini ayrı olaraq açıqlamır. İnstagram-ın istifadəçi sayının 1 milyarddan çox olduğu təxmin edilir.