DÜNYA

05 Fevral

Disney şirkəti koronavirusa görə maddi zərərə uğrayıb

Naməlum sətəlcəm xəstəliyinin (2019-nCoV) yayılmasından dünya biznesi də zərər çəkməkdə davam edir.

Fins.az xəbər verir ki, Amerikanın “Disney” şirkəti koronavirusa görə 175 milyon dollar itirib.

Məsələ burasındadır ki, epidemiyanın yayılmasının qarşısını almaq üçün şirkət Şanxay və Hong-Kongda fəaliyyət göstərən əyləncə parklarını müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, “Disney” üçün ən əlverişli mövsüm də məhz Çin Yeni il tətilidir.

Şirkət əlavə olaraq bildirir ki, xəstəliyin yayılma ehtimalının olduğu ABŞ-da yerləşən “Disneyland” əyləncə parkına giriş sayının azalması gözlənilmir.

©Bizplus