DÜNYA

03 Fevral

Koronavirus 420 milyard dolları apardı

Çinin Vuhan şəhərində ortaya çıxan və sürətlə yayılan koronavirus epidemiyasının iqtisadiyyata edəcəyi mənfi təsirin yaratdığı narahatlıq, uzun Çin Yeni ili tətilindən sonra Çin səhm bazarlarında 420 milyard dollar dəyər itkisinə gətirib çıxarıb. 

Fins.az xəbər verir ki, Çinin maliyyə bazarları 23 Yanvardan bu yana bağlı idi. Dünya daxilində bazarlarda günlərdir davam edən koronavirus narahatlığı bu gün Çin bazarlarına da əks olunub.

Şanxay İndeksi, uzun tətildən sonrası ilk iş günündə 2716,6978 bəndi görüb. İndeks bu dəqiqələrdə 7,83% geriləmə ilə 2743,5279 bənddən əməliyyat olunur.

Bir çox Çin səhmləri 10%-dən ucuzlşaıblar. 

Şanxayda misin qiyməti 7%, alüminium, sink və qurğuşunun qiymətləri 4%-dən çox geriləyib. 

Çin Mərkəzi Bankından bazarlara 173,8 milyard dollar

Səhmlərində və iqtisadi nizamda yaşana biləcək itkilərin qarşısını almaq üçün Çin Mərkəzi Bankı, həftə sonunda bazarlara 1.2 trilyon yuan (173.8 milyard dollar) likvidlik təmin edəcəyini açıqlamışdı. Bazarlara veriləcək 1,2 trilyon yuan da bazarların kəskin düşməsinə mane olmayıb. 

©Marja