DÜNYA

03 Fevral

Dünyanın ən bahalı mənzili kirayəyə verilib

Monakoda dünyanın ən bahalı mənzili kirayəyə verilib.

Onun satış qiyməti 300 milyon avrodur və hələlik satılmayan mənzil ayda 600 min avroya verilib.
Sözügedən mənzil Monakonun ən dəbdəbəli binasında yerləşir və onu həmin binanın sahibi olan «Marzocco» şirkəti kirayəyə verib.

3 mərtəbəli mənzilin sahəsi 3 500 m2, terrası 1500 m2-dir. Evdə çoxsaylı yataq və vanna otaqları ilə yanaşı, evin içərisində və terrasda hovuzlar, kinoteatr, eləcə də Monakonun mərkəzinə baxan şüşəli sauna var. Mənzilin bahalığı onun satışına mane olub – 2015-ci ildən boş qalan evi alan olmayıb və indi kirayəyə verilib.

Qeyd edək ki, evi kirayəyə götürənin adı açıqlanmır.