DÜNYA

31 Yanvar

Gürcüstanda 1400-dən çox Azərbaycan vətəndaşı çalışır

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serzhan Abdykarimov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konefederasiyasının (ASK) prezidenti Məmməd Musayev tərəfindən qəbul olunub. Səfir qəbula görə M.Musayevə təşəkkürünü bildirərək Qazaxıstanda azərbaycanlı biznesmenlərin aktiv fəaliyyət göstərdiklərini qeyd edib. 

Onun sözlərinə görə, ölkəsində 200 mindən çox azərbaycanlı yaşayır. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 2019-cu ildə 229 milyon dollar olduğunu qeyd edən səfir hesab edir ki, əslində potensial bundan dəfələrlə yüksəkdir. Qazaxıstanın lideri Nursultan Nazarbayevin prezident İlham Əliyev tərəfindən təltif olunmasını və eyni soykökə malik xalqlar olduğumuzu xatırladan səfir ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yüksəldilməsi üçün fəaliyyətini aktivləşdirdiyini söyləyib. 

M.Musayev bildirib ki, Qazaxıstan Respublikasının Milli Sahibkarlar Təşkilatı olan “Atameken” ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb və hər iki təşkilat Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvləridir. Konfederasiya prezidenti konkret əməkdaşlıq planı üzərində işləməyi səfirə təklif edib. 

Qazaxıstan məhsullarının Azərbaycan bazarında çox az təmsil olunduğunu vurğulayan səfir Azərbaycanda bununla bağlı işləri aktivləşdirəcəklərini vurğulayıb: 

“Azərbaycanda 3 ticarət evi açmağı planlaşdırırıq. Səfirliyin binasının birinci mərtəbəsində Qazaxıstan məhsullarının sərgisini təşkil edəcəyik, eyni zamanda Qazaxıstanla Azərbaycan arasında İşgüzar Şura yaratmaq üçün rəsmiləşdirmə işlərinə başlamışıq”. 

Məmməd Musayev bu təklifləri qəbul edərək ilin birinci rübündə İşgüzar Şuranın yaradılmasını tam reallaşdırmağı təklif edib və bunun üçün ASK üzvlərinə müvafiq göstərişlər verib. Qərara alınıb ki, ikinci rübdə ticarət evlərinin açılması da reallaşdırılsın, ASK bunun üçün səfirliyə öz köməyini göstərəcək. Görüş yüksək səmərə ilə başa çatdı və səfir gündəlikdə duran məsələlərin həllində göstərdiyi köməkliyə görə M. Musayevə öz təşəkkürünü bildirdi. 

©Report